Bakı-Şamaxı yolunda minik maşını aşıb, iki nəfər yaralanıb

Bakı-Şamaxı yolunda minik maşını aşıb, iki nəfər yaralanıb Sürücü və sərnişin maşında sıxılmış vəziyyətdə qalıb
Hadisə
17 Aprel , 2017 07:41
Bakı-Şamaxı yolunda minik maşını aşıb, iki nəfər yaralanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol ayrıcına çırpılaraq aşıb.

Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin ətrafdakıların köməkliyi ilə çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi