Yuxarı

Bakı - Şamaxı yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib - FOTO

Bakı - Şamaxı yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib - FOTO 4088
© Report

Şamaxı. 16 yanvar. REPORT.AZ/ Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yolları buz bağlayıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, iki gündür aramsız yağan qar, magistral yolda hərəkəti çətinləşdirib.

Şəhərdaxili yollarla yanaşı, magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

Muğanlı - İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərəkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşkənlik müşahidə olunub.

Bundan başqa, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Cəngi yaşayış massivi yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yollarda intensiv hərəkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikaları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözügedən ərazilərə qum-duz qarışığı səpilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi