Ağdaşda güclü küləyin fəsadları aradan qaldırılır - FOTO - YENİLƏNİB

Ağdaşda güclü küləyin fəsadları aradan qaldırılır - FOTO - YENİLƏNİB Dəyən ziyan dəqiqləşdirilir
Hadisə
10 May , 2017 02:58
Ağdaşda güclü küləyin fəsadları aradan qaldırılır - FOTO - YENİLƏNİB
Report.az

Ağdaş. 10 may. REPORT.AZ/ Ağdaş rayonunda güclü küləyin fəsadları aradan qaldırılır.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisinin təmin olunması ilə bağlı işlər görülür.

Ağdaş Elektrik Şəbəkəsindən "Report"a bildiriblər ki, artıq şəhər ərazisi elektrik enerjisi ilə təmin olunub. Günün sonuna qədər bütün kəndlərin də enerji ilə təmin olunması üçün briqadalar səfərbər olunub.

Bundan başqa, güclü külək iri gövdəli ağacı aşıraraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdə bir saat ərzində bağlasa da, kökündən çıxaraq yola aşmış ağac aidiyyatı qurumların əraziyə cəlb olunmuş əməkdaşları tərəfindən doğranılaraq ərazidən götürülüb və nəqliyyatın hərəkəti təmin olunub.

Ağdaş Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri zərər çəkmiş ərazilərə baxış keçirib, dəyən ziyan dəqiqləşdirilir.

***16:14

Ağdaş rayonunda güclü külək fəsadlar törədib.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbi ilə elektrik enerjisinin verilişi dayanıb. Bundan başqa, güclü külək iri gövdəli ağacları aşıraraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdə bağlayıb. Rayonun Aralbir kəndi ərazisində yerləşən istixanaların dam örtüyü, fərdi yaşayış evlərinin daş hasarları və dam örtüklərinə ziyan dəyib.

Hazırda Ağdaş rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərə baxış keçirir və dəyən ziyan dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi