Bakı sakinlərindən narkotik götürüldü

Bakı sakinlərindən narkotik götürüldü Bakı şəhər sakinlərində narkotik vasitə aşkarlanıb.
Hadisə
10 Aprel , 2020 10:14
Bakı sakinlərindən narkotik götürüldü

Bakı şəhər sakinlərində narkotik vasitə aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş D.İsmayılovdan 0,429 qram metamfetamin və F.Nəcəfovdan 0,583 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi