Bakı sakinlərindən iki avtomat silahı götürülüb

Bakı sakinlərindən iki avtomat silahı götürülüb Hər iki fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
31 Yanvar , 2017 11:33
Bakı sakinlərindən iki avtomat silahı götürülüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı şəhər sakinlərindən avtomat silahı və patronları aşkar edilərək götürülüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbasov Aqildən içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi