Bakı sakinlərindən 5 kq-dan artıq narkotik götürüldü

Bakı sakinlərindən 5 kq-dan artıq narkotik götürüldü Bakı sakinində narkotik vasitə aşkarlanıb.
Hadisə
29 İyul , 2020 13:08
Bakı sakinlərindən 5 kq-dan artıq narkotik götürüldü

Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bayıl qəsəbə sakini A.Əzizov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə 3 kq 480 qram marixuana götürülüb.

Yasamal RPİ 27-ci PB  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənovdan 2,2 kq-dan artıq heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi