Bakı sakinlərində silah-sursat aşkarlanıb

Bakı sakinlərində silah-sursat aşkarlanıb Faktlarla əlaqədar cinayət işləri başlanıb.
Hadisə
8 Yanvar , 2021 12:23
Bakı sakinlərində silah-sursat aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktlarla əlaqədar cinayət işləri başlanıb.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Babayevdən “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron götürülüb.

Son xəbərlər

Orphus sistemi