Bakı sakininin üzərindən saxta sənədlər aşkarlanıb

Bakı sakininin üzərindən saxta sənədlər aşkarlanıb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
24 Noyabr , 2016 12:10
Bakı sakininin üzərindən saxta sənədlər aşkarlanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı sakininin üzərindən saxta sənədlər aşkar edilib.

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehin Mahmudzadədən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən saxta pasport və Moskva şəhərində orta məktəbi bitirməsinə dair saxta attestat aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi