Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb

Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb Bakıda soyğunçuluq hadisəsi baş verib.
Hadisə
1079
25 Sentyabr , 2020 12:25
Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi