Bakı sakininin evində qumbara aşkarlanıb

Bakı sakininin evində qumbara aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Yanvar , 2015 13:13
Bakı sakininin evində qumbara aşkarlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı sakininin evində silah-sursat aşkarlanıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cəfərovun evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi