Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
27 İyun , 2017 12:39
Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.

Belə ki, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi