Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda evdən 50 min manatlıq qızıl əşyalar oğurlanıb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Daşqın İsmayılova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Aynurə Məlikova tutulub.
Faktla bağlı araşdırma aparılır.