Bakı sakininin başına qəribə hadisə gəlib

Bakı sakininin başına qəribə hadisə gəlib Asif Abdullayev avtomobilinin qaçırılması ilə bağlı polisə yalan məlumat verib
Hadisə
19 Sentyabr , 2017 12:29
Bakı sakininin başına qəribə hadisə gəlib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı sakininin başına qəribə hadisə gəlib.

"Report"un DİN-ə istinadən verdiyi məlumata görə, sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. A.Abdullayev izahatında sərxoş olduğundan avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi