Bakı sakininin bank hesabından pul oğurlanıb

Bakı sakininin bank hesabından pul oğurlanıb Bakı. 14 may. REPORT.AZ/ Bakı şəhər sakininin bank hesabından pul oğurlanıb.
Hadisə
14 May , 2018 13:05
Bakı sakininin bank hesabından pul oğurlanıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Bakı şəhər sakininin bank hesabından pul oğurlanıb. 

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, bu il fevralın 24-də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Əliyeva həmin gün sərnişini olduğu xətt avtobuslarının birində içərisində 120 manat pulu, evinin açarları və sənədləri olan çantasını unutduğunu, az sonra mobil telefonuna bank hesabından 229 manat pulunun çıxarılması barədə mesaj gəldiyini bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. G.Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəbiyeva müəyyən edilərək Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G.Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi