​Bakı sakininin avtomobilini sataraq pulları mənimsəyən şəxs məhkəmədən vaxt istəyib

​Bakı sakininin avtomobilini sataraq pulları mənimsəyən şəxs məhkəmədən vaxt istəyib "Məhkəmədən xahiş edirəm ki, mənə vaxt verəsiz"
Hadisə
5 Oktyabr , 2015 16:05
​Bakı sakininin avtomobilini sataraq pulları mənimsəyən şəxs məhkəmədən vaxt istəyib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tərtər rayon sakini, 1978-ci il təvəllüdlü Ələmdar Əli oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçrilən prosesdə Ə.Məmmədov məhkəmənin vaxtının növbəti günə təyin edilməsini xahiş edib.

"Məhkəmədən xahiş edirəm ki, mənə vaxt verəsiz. Növbəti məhkəmə iclasında aldığım pulu hara və kimə verdiyimi açıqlayacam", - Ə.Məmmədov bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1978-ci il təvəllüdlü Ələmdar Əli oğlu Məmmədov tutulub. Ə.Məmmədov Bakı şəhər sakini Səfa Qasımovun etibarından sui-istifadə edərək ona məxsus "Howo" markalı avtomobili 28 min ABŞ dollarına sataraq pulu mənimsəyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi