Bakı sakininin avtomobilini ələ keçirən şəxs saxlanılıb

Bakı sakininin avtomobilini ələ keçirən şəxs saxlanılıb Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda avtomobili ələ keçirən şəxs saxlanılıb.
Hadisə
7 Dekabr , 2018 11:37
Bakı sakininin avtomobilini ələ keçirən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda avtomobili ələ keçirən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi