Bakı sakininin 800 manat pulunu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxlərə hökm oxunub

Bakı sakininin 800 manat pulunu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxlərə hökm oxunub Onlar ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum ediliblər
Hadisə
7 Sentyabr , 2017 11:51
Bakı sakininin 800 manat pulunu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxlərə hökm oxunub

Bakı. 7 sentaybr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vahid Şirinov və Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Şirinov 6 il, R.Məhərrəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin V.Şirinova 3 min manat məbləğində cərimə kəsilib.

Qeyd edək ki, hadisə ötən il may ayının 17-də Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, həmin qəsəbədə şəxsiyyəti məlum olmayan şəxslər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri V.Şirinov və R.Məhərrəmov tutulub.

Onlar məhkəmədə özlərini təqsirli bilmədiklərini deyib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi