Yuxarı
    Bağlamaq

    Bakı sakininin 60 min pulunu və 50 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs tutulub

    Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhər sakininin küllü miqdarda pulunu və qızıl-zinət əşyalarını oğurlayan şəxs tutulub. 

    Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. 

    Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlmaqda şübhəli bilinən və Tərtər Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

    O, 28 iyul 2015-ci il tarixdən Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə Tərtər Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışda olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi