Bakı sakininin 40 min dollarını oğurlayan şəxsə hökm oxunub

Bakı sakininin 40 min dollarını oğurlayan şəxsə hökm oxunub Səlim Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Avqust , 2017 13:29
Bakı sakininin 40 min dollarını oğurlayan şəxsə hökm oxunub

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Səlim Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Ağayev oğurluq etməkdə təqsirli bilinib. İstintaq materiallarında qeyd edilib ki, o, Bakı şəhər sakini Samir İbrahimovun evindən 40 min dollar məbləğində pul oğurlayıb.

S.Ağayev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi