Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb

Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.
Hadisə
26 Aprel , 2019 11:38
Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb
0 : 00
0 : 00

Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi