Bakı sakinini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb

Bakı sakinini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 Fevral , 2018 13:13
Bakı sakinini öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb
Report

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elmira Mürsəlova ifadə verib.

O, təqsirləndirilən şəxsi tanımadığını, onu daha əvvəl görmədiyini söyləyib: "Qətl hadisəsi barədə məlumatım yoxdur. Qardaşım Aleksandır hadisə günü evə saat 10-a qədər gəlmişdi. Mən işdən gələndə artıq qardaşım evdə idi. Aleksandıra tapşırmışdım ki, saat 10-dan sonra evə gəlməsin. Əgər həmin vaxtdan gec gələrsə, onu evə buraxmırdım". 

Təqsirləndirilən R.Məmmədov tanışı Aleksandır Karuxinin saat 21:00 radələrindən sonra onun evindən getdiyini bildirib: "Təxminən 11-dən sonra o yenidən bizə gəldi".

Vəkil Adəm Məmmədovun suallarını cavablandıran şahid deyib ki, qardaşı evə gələndən sonra yenidən çölə çıxmayıb: "Biz evə gələndə Aleksandır çöldə siqaret çəkirdi. Bizi görən kimi içəri girdi, sonra otağına gedib yatdı".

Daha sonra Rəna Feyzullayeva dindirilib. O qeyd edib ki, Aleksandır Karuxin onun dayısıdır: "Dayım bizdə qalır. İşdən gələndə hamı evdə olan kimi qapı bağlanır. O, heç vaxt evə gec gəlmir. Həmin gün biz evə gələndə otağında idi. Dayım həyətə çıxsaydı, bilinərdi. Çünkü qapının cəftəsi açıq olardı".

Aleksandır Karuxin məhkəmədə ifadə verən zaman hadisə barədə danışıb: "Biz bir yerdə içəndən sonra Kristina ilə çıxıb getdik. Rəcəb Fərhadla evdə qaldı. Hamımız içkili idik".

Məhkəmə istintaqını tamalandığı elan olunub. Növbəti iclasda dövlət ittihamçısınən çıxış edəcəyi gözlənilir.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs timkan tədbiri seçilib.

R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi