Bakı sakinini döyərək öldürən şəxs tutulub

Bakı sakinini döyərək öldürən şəxs tutulub Noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
1 Dekabr , 2021 10:33
Bakı sakinini döyərək öldürən şəxs tutulub
0 : 00
0 : 00

Noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, sonuncu zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət alıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəhman Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi