Bakı sakinini döyərək öldürən şəxs tutulub

Bakı sakinini döyərək öldürən şəxs tutulub Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
26 Noyabr , 2016 11:47
Bakı sakinini döyərək öldürən şəxs tutulub

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakı şəhər sakinini döyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi