Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı şəhər sakininə ağır xəsarətlər yetirən iki qardaş tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) və 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 31-də gecə saatlarında M.Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.