Bakı sakinini avtomobillə vuraraq qaçan sürücü saxlanıldı

Bakı sakinini avtomobillə vuraraq qaçan sürücü saxlanıldı Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
9 İyun , 2021 11:42
Bakı sakinini avtomobillə vuraraq qaçan sürücü saxlanıldı

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Bakı şəhər sakini H.Əsgərlinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini V.Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi