Bakı sakinini aldadaraq evinə girib pul aparan şəxs tutulub

Bakı sakinini aldadaraq evinə girib pul aparan şəxs tutulub Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb
Hadisə
31 Oktyabr , 2017 11:29
Bakı sakinini aldadaraq evinə girib pul aparan şəxs tutulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı sakinini aldadaraq evinə girib pul aparan şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Y.Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıb oradan 2500 manat, 6000 ABŞ dolları və 22750 rubl pul və qol saatı aparmaqda şübhəli bilinən Ağdam rayon sakini Ramil Quliyev tutulub.

Son xəbərlər

Orphus sistemi