Bakı sakininə qarşı quldurluq edən əmioğluların məhkəməsi başlayıb

Bakı sakininə qarşı quldurluq edən əmioğluların məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib
Hadisə
4 Noyabr , 2016 11:53
Bakı sakininə qarşı quldurluq edən əmioğluların məhkəməsi başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Natiq İbadov və əmisi oğlu Orxan İbadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 9-da Səbail rayonunun Badamdar qəsəbəsində baş verib. Həmin ərazidə Şamaxı rayon sakinləri N.İbadov və əmisi oğlu O.İbadov Bakı şəhər sakini Emin Fərzəliyevdən pulunu və mobil telefonunu quldurluq yolu ilə alıb hadisə yerini tərk etmək istəyərkən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi