Yuxarı

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

"Report"un xəbərinə görə, 1967-cı il təvəllüdlü Elşən Ağayev pulunun mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O ərizəsində bildirib ki, 1975-ci il təvəllüdlü Xəqani Həsənov 2014-cü ilin yanvar ayında onu aldadıb və 75 min ABŞ dolları və 20 min manat pulunu alıb və indiyədək geri qaytarmayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi