Bakı sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib Bakı şəhər sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib.
Hadisə
30 oktyabr 2019 08:45
Bakı sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib

Bakı şəhər sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Məlumata görə, 1965-ci il təvəllüdlü İntiqam Hüseynov Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək ötən ilin may ayında 1964-cü il təvəllüdlü Nazim Pənahovun ondan 256 min ABŞ dolları aldığını, indiyədək qaytarmadığını bildirib.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi