Bakı sakinindən silah-sursat, narkotik götürülüb

Bakı sakinindən silah-sursat, narkotik götürülüb Bakı sakinindən silah-sursat, narkotik götürülüb.
Hadisə
21 Yanvar , 2022 11:07
Bakı sakinindən silah-sursat, narkotik götürülüb

Bakı sakinindən silah-sursat, narkotik götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 40 qram tiryək və 1 ədəd avtomat patronu götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron da aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi