Bakı sakinindən qanunsuz silah-sursat götürüldü

Hadisə
  • 16 fevral, 2021
  • 06:18
Bakı sakinindən qanunsuz silah-sursat götürüldü

Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.