Bakı sakinindən metamfetamin və heroin aşkar edilərək götürülüb

Bakı sakinindən metamfetamin və heroin aşkar edilərək götürülüb Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.
Hadisə
14 İyun , 2019 11:44
Bakı sakinindən metamfetamin və heroin aşkar edilərək götürülüb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi