Bakı sakinində silah-sursat aşkarlandı

Bakı sakinində silah-sursat aşkarlandı Bakı şəhər sakinindən silah-sursat götürülüb.
Hadisə
18 Yanvar , 2021 13:07
Bakı sakinində silah-sursat aşkarlandı

Bakı şəhər sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilovdan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi