Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı sakininin idarə etdiyi avtomobil çaya düşüb, sürücü ölüb. "Report"un məlumatına görə, hadisə Şəki rayonunun İnçə kəndində baş verib.
Belə ki, Bakı şəhər sakini, 61 yaşlı Fəxrəddin Avaz oğlu Bayramov Şəki-Qax avtomobil yolu ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarə etdiyi "Niva" markalı avtomobili Şin çayı üzərində yerləşən körpüdən çaya aşırıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasın dəyişib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.