​Bakı sakini yüksək səslə danışanlara iradını bildirdiyi üçün bıçaqlanıb

​Bakı sakini yüksək səslə danışanlara iradını bildirdiyi üçün bıçaqlanıb 48 yaşlı yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
4 Mart , 2015 06:08
​Bakı sakini yüksək səslə danışanlara iradını bildirdiyi üçün bıçaqlanıb

Bakı. 4 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verıb.

"Report" xəbər verir ki, hadisə Qara Qarayev prospekti, 80/45 ünvanında yerləşən binanın həyətində qeydə alınıb.

Hadisə zamanı həmin binada yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Vüqar Aslan oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyatdan sonra yaralının həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinə məlumat verilib. İlkin məlumatlara görə, zərərçəkən Vüqar Məmmədov hadisədən əvvəl binanın həyətində yüksək səslə danışan şəxslərə iradını bildirib.

Elə bundan sonra tərəflər arasında mübahisə yaranıb. Nəticədə elə həmin şəxslərdən biri Vüqar Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən yayınıb. Polislər cinayəti törədən və hadisədə iştirak edən digər şəxslərin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi