Bakı sakini yeznəsinin qulağını kəsib

Bakı sakini yeznəsinin qulağını kəsib Həkimlər onun qulağını yerinə tikib
Hadisə
14 Dekabr , 2016 13:47
Bakı sakini yeznəsinin qulağını kəsib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı sakini yeznəsinin qulağını kəsib.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.

Belə ki, 59 yaşlı Bayramov Famil Musa oğlu qaynı ilə birlikdə evdə nahar etmək üçün masa arxasına əyləşib. Aralarında yaranan mübahisə zəminində F.Bayramov döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıb.

Son xəbərlər

Orphus sistemi