Bakı sakini Xızıda özünə xəsarətlər yetirib

Bakı sakini Xızıda özünə xəsarətlər yetirib Bakı şəhər qeydiyyatında olan şəxs Xızı rayonunda özünə bıçaq və daş parçasıyla xəsarətlər yetirib.
Hadisə
182
21 İyul , 2021 13:42
Bakı sakini Xızıda özünə xəsarətlər yetirib

Bakı şəhər qeydiyyatında olan şəxs Xızı rayonunda özünə bıçaq və daş parçasıyla xəsarətlər yetirib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Giləzi kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu qeydiyyatında olan Sabir Azad oğlu Atlıxanov özünə bıçaq və daş parçasıyla xəsarətlər yetirib. O, polis əməkdaşları tərəfindən Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
S.Atlıxanova sağ əlin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, başın və sol gözün küt travması və hematoması diaqnozu qoyulub. O, ilkin tibbi yardım göstərildikdən sonra polis orqanlarına təhvil verilib.

Qeyd edək ki, özünə xəsarətlər yetirən şəxsin isterika vəziyyətində olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi