Yuxarı

​Bakı sakini və qonağı soyulub

Faktla bağlı araşdırma aparılır

Bakı. 25 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 32 yaşlı Vüqar Əliyev A.Şərifzadə küçəsi, ev 82, mənzil 17-də yaşayan 1965-ci il təvəllüdlü Amil Musayevin mənzilinin qapısını döyüb.

A.Musayev qapını açdıqda V.Əliyev içəri daxil olub və bıçaqla onu hədələyərək 100 manat pulunu və 2 ədəd mobil telefonunu, habelə evdə qonaq olan bacısı, 1963-cü il təvəllüdlü Raisanın 460 manat pulunu və mobil telefonunu alaraq oradan uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi