Bakı sakini ana söyüşünə görə dostunu qətlə yetirib - YENİLƏNİB

Bakı sakini ana söyüşünə görə dostunu qətlə yetirib - YENİLƏNİB Cinayəti törədən şəxs tutulub
Hadisə
12 Sentyabr , 2016 18:21
Bakı sakini ana söyüşünə görə dostunu qətlə yetirib - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda baş verən qətlin səbəbi məlum olub.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində Füzuli rayon sakini Laçın Teymurov avtomobili ilə Bakı şəhər sakini Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub. 

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib. 

Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

*** ilk xəbər saat 14:05-də yayımlanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı sakini qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 11-də paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Son xəbərlər

Orphus sistemi