Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Hadisə
- 17 avqust, 2026
- 09:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.
Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Son xəbərlər
10:10
FIBA Avropa Kuboku: "LANDAU Lions" İsveçrə təmsilçisi ilə qarşılaşacaq
Komanda
10:10
Azərbaycan XİN Polşanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:46
ING 2028-ci il üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Maliyyə
09:44
"Ordu" komandası CEV Çelenc Kubokunda ilk oyununu keçirəcək
Komanda
09:43
ING gələn il üçün Qafqaz regionunda iqtisadi dayanıqlığı qiymətləndirib
Maliyyə
09:43
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
Digər ölkələr
09:33
ADY yükdaşımanı 13 % artırıb
İnfrastruktur
09:31
FIBA Avropa Kuboku: "Neftçi" bu gün Yunanıstanın "Mikonos" klubu ilə üz-üzə gələcək
Komanda
09:30
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Energetika