Bakı sakini Lənkəranda dənizdə boğulub

Bakı sakini Lənkəranda dənizdə boğulub Seyfulla İbrahimov dənizdə çimərkən dostlarından ayrıldıqdan sonra batıb
Hadisə
26 İyun , 2015 22:59
Bakı sakini Lənkəranda dənizdə boğulub

Bakı. 26 İyun. REPORT.AZ/ Xəzər dənizinin Lənkəran rayonu ərazisində boğulma hadisəsi baş verib.

"Report"un məlumatına görə, boğulma hadisəsi Liman şəhərində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Badamdar qəsəbə sakini 1987 -ci il təvəllüdlü İbrahimov Seyfulla İsmayıl oğlu dənizdə çimərkən dostlarından ayrıldıqdan sonra batıb. Bir qədər sonra onun cəsədi suda tapılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi