Bakı sakini keçmiş qayınatasını öldürüb

Bakı sakini keçmiş qayınatasını öldürüb Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
3 Noyabr , 2014 13:49
Bakı sakini keçmiş qayınatasını öldürüb
Bakı. 3 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ölüm hadisəsi baş verib. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir. Noyabrın 3-də Bakı şəhər sakini Xəqani Mirzəli Suraxanı qəsəbəsində yaşayan keçmiş qayınatası Asəf Nəbiyevin evində olarkən aralarında baş verən münaqişə zəminində itələyərək onu yıxıb və hadisə yerini tərk edib. A.Nəbiyev hadisə yerində ölüb. Hazırda Suraxanı Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi