Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı

Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının  aşkar edilməsi istiqamətində əməliyyat keçirilib
Hadisə
12 Aprel , 2021 10:48
Bakıda Kalaşnikovla gəzən şəxs saxlanıldı
Renat Həmzəyev

Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məluumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.

Əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib.

Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi