Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə imza atıb

Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə imza atıb Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır
Hadisə
20 Aprel , 2017 15:03
Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə imza atıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.

“Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi