Bakı sakini güllələnib

Bakı sakini güllələnib Hadisəni törədən şəxs tutulub
Hadisə
17 Fevral , 2016 12:05
Bakı sakini güllələnib

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı sakini güllələnib. “Report”un xəbərinə görə, hadisə Səməd Vurğun küçəsi 81-də yerləşən parkdakı kafedə baş verib.

Belə ki, Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Fəzayıl Qədirov “Makarov” markalı tapançadan atəş açaraq şəhər sakini 46 yaşlı Anar Hacıyevə xəsarət yetirib.

Qarın nahiyəsindən yaralanmış A.Hacıyev xəstəxanaya aparılıb.

Hadisəni törədən F.Qədirov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi