Bakıda 66 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb

Bakıda 66 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb Hadisə Nizami rayonunda qeydə alınıb
Hadisə
24 İyul , 2016 01:36
Bakıda 66 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda yerli sakin evində ölmüş vəziyyətdə aşkar edilib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, paytaxtın Nizami rayonunda 1950-ci il təvəllüdlü İqorovna Larisanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçiriblər və zərərçəkəni huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin müayinə zamanı L.İqorovnanın vəfat etdiyini müəyyən ediblər.

Son xəbərlər

Orphus sistemi