Bakı sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb
Hadisə
- 29 fevral, 2024
- 04:42
Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Son xəbərlər
23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56