Bakı. 26 avqust. REPORT.AZ/ Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə avqustun 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Orada yaşayan Nicat Yusifov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.