Bakı sakini avtomobilində bıçaqla hədələnib

Bakı sakini avtomobilində bıçaqla hədələnib Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
6 Yanvar , 2021 12:43
Bakı sakini avtomobilində bıçaqla hədələnib

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.QayıbovE.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi