Bakı sakini 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib

Bakı sakini 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib Yuri Vasilyevin vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir
Hadisə
6 Aprel , 2017 03:51
Bakı sakini 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib

Bakı. 6 aprel. REPORT.AZ/ Paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakı sakini, 80 yaşlı Yuri Anatoliyeviç Vasilyev xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Onun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi